Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində gənc psixoloqlar üçün təcrübə görüşü keçirilib.
Sumqayit24.az xəbər verir ki, psixologiya ixtisasında təhsil alan gənclərin bilik və bacarıqlarını artırmaq məqsədiylə “Can” mərkəzinin rəhbəri, peşəkar psixoloq Nizami Orucov ilə görüş təşkil olunub. Görüşdə iştirakçılar üçün pasientlə işləmə vərdişləri mövzusunda simulyasiya keçirilib.
Tədbir, praktik bacarıqların təkmilləşdirilməsi və mütəxəssis-psixoloq təcrübəsindən faydalanmaq üçün imkan yaradıb.