Sumqayıtda “Narkomaniyaya qarşı mübarizədə gənclərin rolu” mövzusunda maarifləndirici tədbir keçirilib. Sumqayıt24 bu barədə 30 noyabr tarixində Azərtac-a istinadən xəbər verir.
YAP Sumqayıt şəhər təşkilatında baş tutan tədbirdə çıxış edənlər narkomaniya ilə mübarizənin sağlam cəmiyyətin formalaşması baxımından müstəsna əhəmiyyətə malik olduğunu bildiriblər. Qeyd olunub ki, Azərbaycanda narkomaniyaya qarşı sistemli mübarizə aparılır. Sonra slaydlar vasitəsilə mövzu ilə bağlı məlumatlar təqdim edilib. Tədbir diskussiya şəraitində davam edib, gənclərin sualları cavablandırılıb.