Sumqayıtda “Gənc Təxliyəçi” adlı seminar keçirilib. Sumqayıt24 bu barədə 24 noyabr tarixində Gənclər Evinə istinadən xəbər verir.
Fövqəladə Mobil Könüllü Dəstənin üzvləri tərəfindən iştirakçılara huşsuz nəfəs alanın bərpa vəziyyəti, tənəffüs yollarının tutulması, qanaxma, sınıq və digər mövzular haqqında praktik nümayişlər olunub. İnteraktiv formada keçirilən təlim zamanı iştirakçıların mövzu ilə bağlı fikirləri dinlənilib, onların sualları cavablandırılıb.
Layihə Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Sumqayıt şəhər bölməsinin birgə təşkilatçılığı ilə həyata keçirilib.