Sumqayıt şəhər Poeziya Evində “Narkotiklərə yox deyək” adlı dəyirmi masa təşkil olunub. Bu haqda 9 fevral tarixində Sumqayıt24 Mədəniyyət Xəbərlərinə istinadən məlumat verir.
Tədbirə qonaq qismində narkomaniya üzrə azad ekspert Emil Maqalov dəvət olunub. Burada Sumqayıt 1 və 2 saylı ASAN Xidmət, Gənclər Evi könüllüləri və Xidmət Sahələri üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzi tələbələri iştirak ediblər. Ekspert tədbir iştirakçılarına narkotikdən və zərərli vərdişlərdən uzaq olmaq haqqında maarifləndirici məlumat verib.