Sumqayıt Tibb Mərkəzi (STM) maarifləndirici tədbirləri davam etdirir. Bu haqda 21 noyabr tarixində Sumqayıt24 xəbər verir.
Növbəti görüş general Məhəmməd Əsədov adına İnteqrasiya təlimli internat tipli gimnaziyada keçirilib. 1 nömrəli ASM-in pediatrı Sədəf Babayeva "İlboyu rast gəlinən uşaq infeksion xəstəlikləri", "Alkoqollu içkilər və tütün zərəri" və "Reproduktiv sağlamlıq" mövzularında təqdimatla çıxış edib.
Sonda valideynləri maraqlandıran suallar cavablandırılıb.