Sumqayıt Baş Gömrük İdarəsində xarici ticarət iştirakçıları ilə görüş baş tutub. Bu haqda 27 aprel tarixində Sumqayıt24 Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Görüşdə gömrük sistemində tətbiq edilən yeniliklər, gömrük-biznes münasibətlərində məmnunluq səviyyəsinin artırılması istiqamətində həyata keçirilən layihələr haqqında məlumat verilib. Həmçinin Mərkəzi Gömrük Ekspertizası İdarəsinə müraciətlərin göndərilməsi zamanı iş prosesində səmərəliliyin artırılması və gecikmə hallarının qarşısının alınması ilə bağlı geniş müzakirələr aparılıb.
Tədbirin sonunda xarici ticarət iştirakçılarının fikir və rəyləri öyrənilib, onları maraqlandıran suallar cavablandırılıb.