"United Steel" Məhdud Məsuliyyətli Cəmiyyəti gömrük qaydalarını pozmaqda ittiham edilir.
Valyuta.az-ın məlumatına görə, şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 491.1-ci maddəsi ilə protokol tərtib olunub. İş baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilib.
Qeyd edək ki, 491.1-ci maddəyə əsasən, inzibati xətanın bilavasitə obyekti olan malların və nəqliyyat vasitələrinin dəyərinin 30%-100%-dək məbləğdə cərimə tətbiq olunur.