Sumqayıt Gömrük İdarəsində gömrük təmsilçiləri ilə görüş keçirilib.
Sumqayıt24 xəbər verir ki, görüşdə Dövlət Gömrük Komitəsinin müvafiq struktur bölmələrinin, həmçinin Sumqayıt Gömrük İdarəsinin əməkdaşları və 30-dan çox gömrük təmsilçisi iştirak edib. Son dövrlərdə gömrük sistemində tətbiq edilən layihələrin gömrük rəsmiləşdirilməsi prosesinin səmərəliliyinin artırılması baxımından əhəmiyyətindən bəhs edilib.
Tədbirdə rəsmiləşdirilmə zamanı qarşıya çıxan məsələlərlə bağlı müzakirələr aparılıb, rəy və təkliflər dinlənilib.