Yanvarın 6-sı günün birinci yarısında küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.
Sumqayit24.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Qeyd edilib ki, Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi əsəcək. Bu da sarı xəbərdarlığa uyğundur. Küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.