Sumqayıtda uşaqlar üçün “Sabun” master-klası keçiriləcək. Bu haqda 25 aprel tarixində Sumqayıt24 “Günəşim” Kukla Teatrına istinadən xəbər verir.
“Günəşim” kukla teatrında təşkil olunacaq əyləncəli və maraqlı ustad dərsi mayın 14-ü saat 12:00-da başlayacaq. 3 yaşdan yuxarı uşaqlar və böyüklərin iştirak edə biləcəyi tədbirdə müxtəlif ətirdə, formada, rəngdə, ölçüdə sabunlar hazırlamaq mümkündür. Hazırlanmış sabunlar iştirakçılara təqdim olunacaq.
Biletləri teatra müraciət edərək əldə etmək mümkündür.
Əlaqə: (077) 767 12 72.