H.Z. Tağıyev qəsəbəsi - Sumqayıt avtomobil yolunda hərəkət qismən məhdudlaşdırıla bilər. Sumqayıt24 bu haqda 23 noyabr tarixində Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.
Ərazidə nişanlanma xətləri çəkilir, yol nişanları və təhlükəsizlik sədləri quraşdırılır. Sadalanan işlər noyabr ayının 26-na qədər davam etdiriləcək. İşlərin aparıldığı hərəkət zolaqları üzrə avtomobillərin hərəkətinin hissə-hissə qismən məhdudlaşdırılması ehtimalı var.
Sürücülərdən diqqətli olmaları, yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur.