Sumqayıt şəhərinin H.Z. Tağıyev qəsəbəsində yanğın baş verib.
Sumqayit24.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, ümumi sahəsi 300 m² olan mebel sexinin içərisində 70 m² sahəyə yığılan taxta materialları və 4 ədəd qapı çərçivəsi yanıb. Sexin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.