top
Həlak olmuş Milli Qəhrəmanlara ayrılan təqaüdü kimlər almalıdır? - RƏSMİ
08 yanvar 2025, 00:10
- ↺ +

Həlak olmuş Milli Qəhrəmanlara ayrılan təqaüdü kimlər almalıdır? - RƏSMİ

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Prezident İlham Əliyev bir neçə gün öncə “Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus “Embraer 190” tipli sərnişin təyyarəsinin Bakı-Qroznı reysini yerinə yetirərkən həlak olmuş ekipaj üzvlərinə “Azərbaycanın Milli Qəhrəmanı” adının verilməsi ilə bağlı sərəncam imzalayıb.

Sərəncama əsasən, Bakı-Qroznı reysilə uçan təyyarə Aktau şəhərində qəzaya uğrayarkən xidməti vəzifələrini layiqincə yerinə yetirən, sərnişinlərin həyatının xilas edilməsində yüksək peşəkarlıq, şücaət və fədakarlıq göstərən ekipaj üzvləri – kapitan İqor Kşnyakin, pilot Aleksandr Kalyaninov, bələdçi Hökumə Əliyeva ölümlərindən sonra bu fəxri ada layiq görülüblər.

Dövlət başçısının bu sərəncamından sonra Azərbaycanın Milli Qəhrəmanlarının sayı 222 nəfərə çatıb.

Hazırda Azərbaycanın 222 Milli Qəhrəmanından 15 nəfəri sağdır.

Qeyd edək ki, "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmiş hər bir şəxs üçün ayda 1800 manat məbləğində Prezident təqaüdü təsis olunub. Qanuna görə, həmin təqaüd həyatda olan Milli Qəhrəmanların özlərinə, həlak olublarsa ailə üzvlərinə verilir.

Bəs həlak olmuş Milli Qəhrəmanların təqaüdü onların ailə üzvləri arasında necə bölüşdürülür? Məsələn, təqaüd Milli Qəhrəmanının xanımı və ya ərinə, övladları varsa onlara verilməlidir, yoxsa valideynlərinə?

Çünki araşdırmalar göstərir ki, bir sıra hallarda həmin vəsaiti alan tərəfdə müxtəlif söz-söhbətlər, mübahisələr yaşanır.

Modern.az bu suallara aydınlıq gətirilməsi üçün Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna müraciət edib.

Qurumdan bildirilib ki, dövlət başçının imzaladığı müvafiq fərmanla Milli Qəhrəmanlar üçün təsis edilmiş Prezident təqaüdü bu fəxri ada layiq görülmüş şəxsin özünə təyin olunur.

"Azərbaycanın Milli Qəhrəmanı" adı şəxsə ölümündən sonra verildikdə və ya həmin ad verilmiş şəxs sonradan vəfat etdikdə Prezident təqaüdü həmin şəxslərin ailə üzvlərinə (təqaüd məbləği onların sayına bərabər məbləğdə bölünməklə) ödənilir.

Milli Qəhrəmanın ailə üzvləri dedikdə aşağıdakı şəxslər nəzərdə tutulur:

- Milli Qəhrəmanın dul arvadı (əri);

- Valideynləri;

- ⁠18 yaşına çatmamış (peşə təhsili, orta ixtisas təhsili, ali təhsil müəssisələrində təhsil alanlara isə həmin təhsil müəssisələrini bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək) övladları, yaxud 18 yaşınadək əlilliyi müəyyən edilmiş 18 yaşından yuxarı əlilliyi olan övladları;

- Uşaq evlərində tərbiyə olunan qardaş və bacıları;

- Birinci növbədən digər qohumları olmayan baba və nənələri.

"Azərbaycanın Milli Qəhrəmanı" adı verilmiş hər bir şəxsə Prezident təqaüdü Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına verilir.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 41-ci günü: XRONİKA

İdman
Dünən, 17:40

"Sumqayıt"ın qapıçısı rəmzi komandada

Kriminal
Dünən, 16:59

Sumqayıtda apteki talayan keçmiş məhkum tutulub

Bütün xəbərlər
Dünən, 16:32

Prezident sumqayıtlı aparıcını təltif etdi

Bütün xəbərlər
Dünən, 16:19

Prezident bir qrup media nümayəndəsini təltif edib - SİYAHI

Bütün xəbərlər
Dünən, 15:47

Sumqayıtda hər 4 fərdi sahibkardan biri qadındır

Bütün xəbərlər
Dünən, 15:10

Sumqayıtda sabah hava yağışlı ola bilər

Bütün xəbərlər
Dünən, 14:48

Sumqayıtda körpünün altını çirkab sular basıb - AÇIQLAMA

Bütün xəbərlər
Dünən, 14:40

Sumqayıtda Zəfər Gününə özəl ağacəkmə aksiyası

Bütün xəbərlər
Dünən, 13:35

Xəzərdə yadplanetlilərin gizli bazaları var? - ABŞ arxivinə düşən 25 illik sirr

Bütün xəbərlər
Dünən, 13:00

Təhsil müəssisələrində Zəfər Günü ilə bağlı tədbirlər keçiriləcək

Bütün xəbərlər
Dünən, 12:30

Sumqayıtda təmizlik işçiləri maaşlarını ala bilmirlər?

Bütün xəbərlər
Dünən, 12:25

Sumqayıt Şəhidlər Xiyabanında rəsm sərgisi təşkil edilib

Bütün xəbərlər
Dünən, 11:50

Sumqayıtda avtobus dayanacağı qışa hazır deyil - ŞİKAYƏT

Bütün xəbərlər
Dünən, 11:47

Kuryerlər aylıq 15 manat sadələşdirilmiş vergi ödəyəcək

İdman
Dünən, 11:15

Klub rəhbərliyi etiraz etdi, komitə sədri isə qərarı təsdiqlədi

Bütün xəbərlər
Dünən, 10:41

Polad Həşimovun anasının son vəziyyəti açıqlandı - RƏSMİ

İdman
Dünən, 10:20

"Sumqayıt" səfər oyununa hazırlaşır

İdman
Dünən, 09:48

Sumqayıtda cüdo məşqçiləri üçün inkişaf proqramı keçirilir

Bütün xəbərlər
Dünən, 09:15

Sumqayıt məktəblilərinin uğuru - olimpiadada qızıl medal qazandılar

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin 40-cı gününün xronikası

Bütün xəbərlər
04 noyabr 2026, 19:00

Sumqayıtda külək güclənəcək

Bütün xəbərlər
04 noyabr 2026, 18:40

Sumqayıta sabah yağış yağa bilər

Bütün xəbərlər
04 noyabr 2026, 18:15

Sumqayıtda bu yoldan istifadə edənlərin NƏZƏRİNƏ

Oxşar xəbərlər