Sumqayıtdakı marşrut avtobuslardan biri sərnişinləri çaş-baş salır.
Sakinlər məsələ ilə bağlı Sumqayit24.az-a müraciət ediblər. Onların sözlərinə görə, 12A nömrəli marşrut xətti üzrə hərəkət edən avtobusların yan arxa hissəsində 9 rəqəmi yazılıb.
“İnsanların çoxu 9 nömrəli avtobus bilib, minirlər. Bir də ayılırlar ki, artıq Stansiya Sumqayıt yaşayış massivinə çatıblar. Yəni o rəqəmi oradan çıxartmaq çətin bir şeydir?”