Azərbaycanda meteo.az mobil tətbiqi istifadəyə verilib.
Sumqayit24.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, ödənişsiz təqdim olunan meteo.az tətbiqindən istifadə edən hər kəs artıq “İOS” və “Android” əməliyyat sistemləri ilə işləyən smartfon cihazları vasitəsilə ölkə ərazisində mövcud və gözlənilən hava şəraiti ilə bağlı xəbərdarlıqlar haqqında məlumatları öyrənəcək, qısamüddətli hava proqnozu ilə yanaşı həftəlik hava proqnozlarını da əldə edə biləcək.