Sabaha olan hava proqnozu açıqlanıb.
Sumqayit24.az xəbər verir ki, Sumqayıtda sentyabrın 28-də havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək.
Temperatur gecə 15-19°, gündüz 22-26° isti olacaq. Atmosfer təzyiqi 766 mm civə sütunundan 769 mm-ə yüksələcək. Nisbi rütubət gecə 65-75%, gündüz isə 40-45% təşkil edəcək.