Sumqayıtın sabaha olan hava proqnozu açıqlanıb.
Sumqayıt24 Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, sentyabrın 4-də havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi axşam şimal-şərq küləyini əvəzləyəcək.
Temperatur gecə 20-25°, gündüz 31-36° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunundan 756 mm-ə düşəcək. Nisbi rütubət gecə 70-75%, gündüz isə 40-45% təşkil edəcək.