Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində böyük şair və dramaturq Hüseyn Cavidə həsr olunmuş bədii tədbir keçirilib.
Sumqayit24.az xəbər verir ki, tədbirdə ədəbiyyatşünaslar şairin ədəbi irsi, yarıcılıq üslubu və poetik dəyəri üzərində danışıb. İştirakçılar Cavidin şeirlərini səsləndiriblər.
Şairin “İblis”, “Peyğəmbər” və “Şeyx Sənan” kimi məşhur əsərlərindən nümunələr oxunub, zamanımıza təsiri vurğulanıb.
Tədbirin məqsədi şairin ədəbi mirasını gənclərə tanıtmaq idi.