Sumqayıt şəhəri, 10-cu mikrorayonda səyyar qəbul təşkil edilib. Sumqayıt24 bu barədə 9 dekabr tarixində DünyaTV-yə istinadən xəbər verir.
24 nömrəli tam orta məktəbdə keçirilən görüşdə icra başçısı Zakir Fərəcov, idarə və xidmət təşkilatlarının rəhbər şəxsləri, eləcə də şəhər sakinləri iştirak ediblər. Qəbulda vətəndaşların müraciət və təklifləri dinlənilib. Qaldırılan müraciətlərin bir çoxu yerindəcə həll edilib.