top
İcra Hakimiyyətinə 250 minlik mal satacaq şirkət kimindir?
21 sentyabr 2024, 05:32
- ↺ +

İcra Hakimiyyətinə 250 minlik mal satacaq şirkət kimindir?

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Sumqayıt 75 illiyini keçirməyə hazırlaşır.

“Qaynarinfo”nun məlumatına görə, Sumqayıt Şəhər İcra Hakimiyyəti bununla bağlı tender elan edib. Müsabiqənin qalibi “UMA” MMC seçilib. İcra hakimiyyəti ilə şirkət arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 249.180,6 manatdır.

“UMA” MMC 10 manatlıq nizamnamə kapitalı ilə yaradılıb. Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında şirkətin qeydiyyata alındığı tarix qeyd edilməyib. Araşdırma zamanı məlum olub ki, UMA MMC 2013-cü ildən fəaliyyət göstərir.

Şirkətin hüquqi ünvanı Sumqayıt şəhəri, 17-ci mikrorayon, ev 29A, mənzil 15-də yerləşir. “UMA” MMC-nin qanuni təmsilçisi isə Vəliyev Cavanşir Elxan oğludur.

Cavanşir Vəliyev həm də "Uptime Azərbaycan" MMC-nin qanuni təmsilçisidir. Şirkət 2019-cu ildə qeydiyyata alınıb. Hüquqi ünvanı Sumqayıt şəhəri, 18-ci mikrorayon, ev 42, mənzil 24-də yerləşib. Bu şirkətin nizamnamə kapitalı 50 manatdır.

Açıq mənbələrdə nə “UMA” MMC, nə də "Uptime Azərbaycan" MMC haqqında məlumat var. Cavanşir Vəliyev barəsində də hər hansı məlumata rast gəlinmir.

Dövlət satınalmalarının vahid internet portalında yerləşdirilən məlumatlardan isə aydın olur ki, adına heç yerdə rast gəlinməyən, barəsində hər hansı məlumat olmayan “UMA” MMC tenderlərdə fəal iştirak edir. MMC-nin qalib gəldiyi tenderlər üzrə satınalma predmetlərindən məlum olur ki, şirkət influser xidmətindən tutmuş, tanıtım və təlimat videoçarxlarının çəkilişinə qədər bir çox xidmətlər göstərir.

Sumqayıt Şəhər İcra Hakimiyyətinin tenderinə gəlincə, məlum olur ki, qurum şirkətdən bayraq, "Sumqayıt 75" loqosu yazılmış idman köynəkləri, papaq, lent bayraqlar və s. bu kimi mallar alacaq.

Əsası 1938-ci ildə qoyulan Sumqayıt 1949-cu ildə şəhər statusu alıb. Bu il şəhərin 75 illik yubileyidir.

 

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 11:00

Sumqayıtda 3 avtobus marşrutu yenilənəcək - ÖZƏL

Bütün xəbərlər
Bu gün, 10:23

İşləmək istəməyənlər də uçota alınacaq

Bütün xəbərlər
Bu gün, 09:48

Sumqayıtda tanınmış xanəndənin həyat yoldaşı həbs edildi

İdman
Bu gün, 09:15

Sumqayıt cüdoçusu beynəlxalq yarışda medal qazandı

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 41-ci günü: XRONİKA

İdman
Dünən, 17:40

"Sumqayıt"ın qapıçısı rəmzi komandada

Kriminal
Dünən, 16:59

Sumqayıtda apteki talayan keçmiş məhkum tutulub

Bütün xəbərlər
Dünən, 16:32

Prezident sumqayıtlı aparıcını təltif etdi

Bütün xəbərlər
Dünən, 16:19

Prezident bir qrup media nümayəndəsini təltif edib - SİYAHI

Bütün xəbərlər
Dünən, 15:47

Sumqayıtda hər 4 fərdi sahibkardan biri qadındır

Bütün xəbərlər
Dünən, 15:10

Sumqayıtda sabah hava yağışlı ola bilər

Bütün xəbərlər
Dünən, 14:48

Sumqayıtda körpünün altını çirkab sular basıb - AÇIQLAMA

Bütün xəbərlər
Dünən, 14:40

Sumqayıtda Zəfər Gününə özəl ağacəkmə aksiyası

Bütün xəbərlər
Dünən, 13:35

Xəzərdə yadplanetlilərin gizli bazaları var? - ABŞ arxivinə düşən 25 illik sirr

Bütün xəbərlər
Dünən, 13:00

Təhsil müəssisələrində Zəfər Günü ilə bağlı tədbirlər keçiriləcək

Bütün xəbərlər
Dünən, 12:30

Sumqayıtda təmizlik işçiləri maaşlarını ala bilmirlər?

Bütün xəbərlər
Dünən, 12:25

Sumqayıt Şəhidlər Xiyabanında rəsm sərgisi təşkil edilib

Bütün xəbərlər
Dünən, 11:50

Sumqayıtda avtobus dayanacağı qışa hazır deyil - ŞİKAYƏT

Bütün xəbərlər
Dünən, 11:47

Kuryerlər aylıq 15 manat sadələşdirilmiş vergi ödəyəcək

İdman
Dünən, 11:15

Klub rəhbərliyi etiraz etdi, komitə sədri isə qərarı təsdiqlədi

Bütün xəbərlər
Dünən, 10:41

Polad Həşimovun anasının son vəziyyəti açıqlandı - RƏSMİ

İdman
Dünən, 10:20

"Sumqayıt" səfər oyununa hazırlaşır

İdman
Dünən, 09:48

Sumqayıtda cüdo məşqçiləri üçün inkişaf proqramı keçirilir

Bütün xəbərlər
Dünən, 09:15

Sumqayıt məktəblilərinin uğuru - olimpiadada qızıl medal qazandılar

Oxşar xəbərlər