Qida Təhlükəsizliyi Agentliyi (AQTA) monitorinqlər keçirib. Bu barədə 1 dekabr tarixində Sumqayıt24 xəbər verir.
Nəticədə H.Z. Tağıyev qəsəbəsində fəaliyyət göstərən “Elmar” və Saray qəsəbəsində yerləşən “Panorama” marketlərində nöqsanlar aşkarlanıb. Qayda pozuntuları obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi və baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu ilə bağlıdır.
Faktlarla bağlı qanunvericiliyin tələblərinə uyğun tədbirlər görülüb.