Sabunçuda iki nəfərin yağış sularında boğularaq öldüyü tuneli və Sabunçu-Pirşağı-Sumqayıt dəmir yolu stansiyasını eyni şirkət tikib.
Qafqazinfo-nun məlumatına görə, söhbət "Körpü Bina Tikinti" MMC-dən gedir. Xəlil Göyüşovun rəhbərlik etdiyi şirkət 2001-ci ildə təsis edilib və stansiyanın yenidən qurulması daxil bir sıra iri layihələri həyata keçirib.
Qeyd edək ki, bədbəxt hadisədən sonra tunelin tikintisində nöqsanlara yol verilib-verilməməsi müzakirələrə səbəb olub. 2019-cu ildə Sabunçu rayonu ərazisində "Körpü Bina Tikinti" MMC-in tikdiyi başqa bir tuneli də su basmış və həmin vaxt bir neçə avtomobil yararsız hala düşmüşdü.