top
“İmkanları olsa, məni bir qaşıq suda boğardılar” – Əməkdar artist Xatirə Süleymanova ilə ÖZƏL MÜSAHİBƏ
16 dekabr 2024, 07:15
- +

“İmkanları olsa, məni bir qaşıq suda boğardılar” – Əməkdar artist Xatirə Süleymanova ilə ÖZƏL MÜSAHİBƏ

Bu gün ekranlarda və səhnələrdə parlayan, öz sənəti ilə çoxlarının ürəyini qazanmış bir aktrisa ilə bir araya gəldik.

Sumqayit24.az-ın bugünkü müsahibi bir çox kino və seriallarda rol almış, Azərbaycan Respublikasının Əməkdar aktrisası, Sumqayıt Dram Teatrının əməkdaşı Xatirə Süleymanovadır.

Onunla müsahibəni təqdim edirik:

- Xatirə xanım, demək olar ki, tamaşaçıların əksəriyyəti sizi tanıyır. Amma yenə də özünüzü oxucularımıza təqdim etməyinizi istərdim.

- Xatirə Bəylər qızı Süleymanova. 1970-ci ilin sentyabrın 1-də Ağdamda dünyaya göz açmışam. Valideynlərim ailə qurduqdan sonra Sumqayıta köçüblər. Yay tətillərinin birində Ağdama el-obaları, qohumları ilə görüşə gediblər. Mən də fürsətdən istifadə edib dünyaya gəlmişəm (gülür). Ailəmizdə məndən başqa digər uşaqlar Sumqayıtda anadan olublar.

- Uşaqlığınızdan danışaq…

- Uşaqlığım böyük bir ailədə keçib. Atam öz zəhməti, alın təri ilə bu həyatı əsl kişi kimi yaşadı. Sumqayıtın ilk qurucularından olub.1957-1958-ci ildən həyatını Sumqayıta bağlayıb. Hamımızı oxutdurub, təhsil verib. Atam anamı da elə kənddə sevib. Əsgərlikdən sonra bir-birini sevən cütlük əl-ələ verib Sumqayıta gəliblər. Hər birimiz musiqi təhsili almışıq. Qarmon sinfini, sonra isə İncəsənət və Mədəniyyət universitetini bitirdim.

Bu sahədə uzun bir yol qət etmisiniz. Ömrünüzdən keçən illəri necə qiymətləndirirsiniz?

- Çox çətinliklərim oldu həyatımda. Şəxsi həyatımda da, sənət həyatımda da bəzi həmkarlarımın xainliklərini gördüm. Əlacları olsa idi, bir qaşıq suda boğardılar məni. Allah böyükdür. Əlaclarını Allah kəssin (gülür).

Sumqayıt Dram Teatrına məni Respublikanın Xalq artisti və bir ömür müəllimim hesab edəcəyim baş rejissor Firudin Məhərrəmov dəvət edib. Firudin müəllim ilk gündən qadağa qoydu: “Gəl, məşq et. Tamaşanı oyna. Sus. Heç kəslə mübahisə etmə”. O həmişə deyirdi ki, susub, cavab qaytarmasan bil ki, sən qalib gəlmisən. Mən də müəllimimin sözündən çıxmadım. Çünki o böyük məktəbdir.

- Dediniz ki, valideynləriniz sizləri oxutdurmağa həvəsli olublar. Yəqin ki, elə bu sahəyə gəlməyiniz onlar sayəsindədir.

- Uşaqlıqdan ailəlikcə incəsənətlə məşğul idik. Bacım Əfruz Süleymanova piano, qardaşım Bəhruz tar, balaca qardaşım nağara üzrə təhsil aldılar. Bir ailə ansamblı idi sanki. Atam və anam bizi oxutdurduqları üçün fəxr edirdilər. Bacım xor-dirijoru üzrə Sumqayıt S.Hacıbəyov adına musiqi texnikumunu bitirdi, sonra Konservatoriyada böyük bəstəkar Cahangir Cahangirovun sonuncu tələbəsi olaraq təhsil aldı.

Uşaq vaxtı məktəbimizin bütün tədbirlərində qarmonda ifa edir, rəqslə məşğul olur, aparıcılıq edirdim. Bildim ki, mən yalnız səhnəyə məxsus olan ürəyimə xəyanət edə bilmərəm. Anam, nənəm məni həkim görmək istəsələr də, istəmədiyimi dedim. Aktrisa olacağma qərar vermişdim.

- Bəs, aktrisa olmağınızla bağlı qərarınıza necə reaksiya verdilər?

- Ailəmizdə təkcə qardaşım Bəhruz razı deyildi. “Aktrisa nədir?!” deyirdi. Hərçənd ki, özü də bu sahəni sevirdi.

- Zaman axıb keçir. Kimlərisə bizdən alır, nələrisə verir. Maraqlıdır, keçən illərdən nələri dəyişərdiniz?

- İllər əvvələ qayıtsaydım… Bilirəm bu mümkün deyil. Özümü oda - közə vurub anamı və nənəmi, qardaşımı müalicə etdirərdim. Hamısı cavan getdi. Bu tale idimi, yazı idimi bilmirəm. Hər şeyi başqa cür istərdim. İki oğlumdan başqa. Onları mənə verən Allaha sonsuz minnətdaram.

- Bir də bu sahəni seçərdiniz?

- Mən uşaqlıqdan göz önündə və seçilən olmağı sevmişəm. Aktrisa olmaq ən böyük arzum idi. Və şükür Allaha ki, arzuma çatdırdı məni. Həyata bir də gəlsəydim, yenə aktrisa olardım. Amma o zaman indiki kimi sadə və saf yox. Yan-yörəmdə olan bəzi məkrlilər, xainlər kimi çoxbilmiş olardım.

- Aktyorlarla rejissor arasında qalmaqal olurmu?

- Bu illər ərzində müxtəlif rejissorlarla işlədim. İstər kino, istər seriallar, istərsə də teatrda heç vaxt, hətta ən zəif hesab etdiyim rejissorla da intriqam olmayıb. Ümumiyyətlə, mənim sinirimə toxunmayanla işim olmaz. Hər kəs öz vicdanı qədər hərəkət edir.  Hər kəs ata-ana tərbiyəsini, mərifətini ortaya qoyur. Hamı güclü aktyor və ya rejissor olmur. Zəiflər də lazımdır ki, güclü və qabiliyyətlilər seçilsin. Amma xain və namərd olmamaq üçün gen təmiz olmalıdır. Qanı pozuq olan elə hər yerdə və hər sahədə tez- tez intriqalar yaradacaq.

- Rejissorların həmişə eyni aktyorlarla işləmək məsələsinə necə baxırsınız?

- Rejissorların eyni aktyorla işləmək cümləsinin özü səhvdir. Rejissor bizim kimi adamdır da. Kim gedib çürük və keyfiyyətsiz alma alıb evə gətirər? Hamı istəyir ki, qonaq gələndə süfrəsində ən gözəl meyvələri görsün. Yaxşı, istedadlı aktyorlar saf və gözəl görünüşlü meyvələr kimidir. Rejissor gələn tamaşaçının qarşısına zəif aktyoru necə çıxarsın?! Tamaşaçı bilet alıb zala girir. Zəif aktyor da elə oynayır ki, tamaşanın ilk dəqiqəsindən tamaşaçı zalı tərk edir. Heç kim mən rolu pis canlandırıram, məndə alınmır deməz. Günahkar axtarmaq daha asandır axı.

- Tez-tez gündəmə gələn incəsənət adamlarının maaş məsələsindən danışaq. Xatirə xanım, sizi qane edirmi?

- Maaş… Hamımızın yaralı yeri. Birmənalı. Biz deputat deyilik axı, maaşlarımızdan razı olaq. İnşallah, teatrımız status alar. İki oğlum var. 26 ildir ki, həyat yoldaşım rəhmətə gedib. Uşaqlarımı tək, zülümlə, cüzi maaşla böyütdüm. Atam, qardaşım, bacım arxa - dayaq olmasaydılar lap çətin olardı.

Oğul evləndirməliyəm. Dost-tanış, iş yoldaşları adamı danlayır ki, evləndir, bu uşaqların yaşı 30-a çatır.

- Teatrlarda tamaşaçı azlığının səbəbi repertuar zəifliyidir, yoxsa tamaşaçıların laqeydliyi?

- Tamaşaçı laqeydliyi. Tamaşaçılar ciddi problemlərdən, hadisələrlə dolu tamaşalardan qaçırlar. Bəzən insanlar yüngül xarakterli, yüngül ab-havalı əsərlərə daha çox meyl edirlər. Tamaşaya həvəslə gələn adam sayı azdır.

- Teatr tamaşaları da təxminən istehlak məhsulları kimidir. İnsan ona təqdim olunanlara daha çox meyl edir. Sizcə, tamaşaçını güldürmək üçün mütləq dialektlə danışıb, səhnədə söyüş söymək lazımdır?

- Qəti söyüş söymək olmaz. Tam əksinə, tamaşaçının səviyyəsini yüksəltmək üçün səhnə yuxarıda olur. İdeal insan yoxdur, amma bu o demək deyil ki, hərə istədiyini etsin. Biz ali təhsili alırıq ki, ali düşüncələrə səsləyək.

Aktyor səhnədə min oyundan çıxmadan, öz öhdəsinə düşən işə sadəcə ciddi yanaşanda o rol daha dolğun olur, gülüş də buradan doğur.

Səhnə sehrli dünyadır. Bu sehrin cazibəsindən irəli gələrək aktyor öz ifasını elə məharətlə yerinə yetirir ki, tamaşaçı onun təsirinə düşüb hadisələrin gedişatını izləməyə can atır. Vay o gündən ki, aktyor yüngül hərəkətləri ilə tamaşaçını təsiri altına salmaq istəyə... Bax, onda aktyor uduzur. Hər şey ciddilikdən yaranır, gülüş də, faciə də.

- Bir çox seriallarda rol almısınız. Seriallardan sizə ən düşərlisi hansı oldu? Daha dəqiq desək, tamaşaçı sizi hansı serial vasitəsilə tanımağa başladı?

- “Ata ocağı”, “Bir ailəm var”, “Uçurum”, “Cehizsiz gəlinlər”.

Filmlər və seriallarım çox olub. Teatra qədəm qoymamışdan, hələ universitet illərindən reklamlarda çəkilirdim.  Şükür, o sahədə şanslı oldum. Vicdanla yanaşmağıma, var gücümlə çalışmağıma görə dəvətlər aldım. Rejissorlar Rüfət Şahbazov və Vüsal Məmmədov dəfələrlə məni çox gözəl rollara dəvət ediblər. Mən də rollarımı uğurla ifa etdim. 30-dan çox kino və serialda çəkildim. İfa etdiyim obrazları özüməməxsus oynadım.

- Sənətinizə çox bağlısınız. Maraqlıdır, övladlarınızdan birinin bu peşəni davam etdirməyini istərdiniz?

- İki oğlum var. Düzdür, böyük oğlum əvvəlcə aktyor olacağını deyirdi. Sonra fikrinin dəyişməsinə yardımçı oldum. Bir-iki filmdə mənimlə xırda epizodlara çəkildi. Tələbə yoldaşım, Xalq artisti Pərviz Məmmədrzayev məni kinoya,dəvət etdi. Oğlumla getmişdim ki, gecə tək qayıtmayım. Elə oradaca dedilər ki, nə yaraşıqlı oğlunuz var. Bir xırda epizoda onu da çəkdilər.

Amma özüm davam etməsinə razı deyildim. Çünki məktəbdə müəllimləri güclü riyazi biliyinin olduğunu həmişə deyirdilər. Beləliklə, seçimi o yöndə etdik.

- Sumqayıt Dram Teatrında nə kimi çatışmazlıqlar var? Orada nədən narazısınız?

- Teatrda indi şükür, işlər yoluna düşür. Bir neçə aydır yeni təyinat olub. Samir Şəfiyev kimi gözəl insanla çalışırıq.  Təmiz qəlbli, aktyor-aktrisaya dəyər verən, işini mükəmməl bilən və ən əsası isə sözün əsl mənasında adam kimi adam!

Ağır işdir aktyorlara rəhbərlik etmək. İşini bilən susur, bilməyənlər, bacarıqsızlar dava salır, səs-küy edir.

- Neçə ildir ki, Sumqayıt teatrında çalışırsınız?

- Artıq 20 ildən çoxdur Sumqayıt Dram Teatrında çalışıram. Respublikanın əməkdar incəsənət xadimi İftixar Piriyev mənim rolumu izlədi. Bəyəndiyi üçün İrəvan Azərbaycan Dram Teatrına da dəvət etdi. Artıq 8 ilə yaxındır ki, İftixar müəllimin rəhbərliyi ilə fəaliyyət göstərən, böyük tarixi olan İrəvan teatrının da işçisiyəm.

- Bu illər ərzində qarşılaşdığınız ən çətin an hansı olub? Həmin çətinliyə görə bu sahədən getmək istəmisinizmi?

- Hər sahədə olduğu kimi teatrda da arxadan zərbə vuran “dost” adlı düşmənlər var. Üzünə gülüb, ərizə yazıb roluna girənlər olur. Kənardan məni izləyib mən olmaq istəyənlərin arzularını Allah ürəklərində qoysun (gülür).  Mən getdiyim yerdən sıxıldığım üçün gedərəm. Ora artıq mənasız və maraqsız olduğu üçün gedərəm. Kiməsə görə həyatımı yaşamadım.

Fidan İlqar

Son xəbərlər

İdman
Bu gün, 14:20

"Qara brilyant"ın ilk müəllimi Rafael Məmmədov çempion oldu

Bütün xəbərlər
Bu gün, 13:41

Kanalizasiya daşdı, içməli su yararsız oldu – Sumqayıtda narazılıq

Bütün xəbərlər
Bu gün, 13:00

Vaqif Cavadov: "Dünya Çempionatında iz qoymaq istəyirik"

Bütün xəbərlər
Bu gün, 12:22

Sumqayıtda tanışını döyərək öldürən şəxslə bağlı qərar dəyişmədi

Bütün xəbərlər
Bu gün, 11:40

Sumqayıt məktəblisi İngiltərədə universitetə qəbul oldu

Bütün xəbərlər
Bu gün, 10:56

Berlində bayrağımızı yüksəldən sumqayıtlılar

Bütün xəbərlər
Bu gün, 10:16

Sumqayıtlı ilə sevgili olan polşalı xanım 25 min dollar ziyana düşdü

Bütün xəbərlər
Bu gün, 09:34

Gecə saatlarında Sumqayıtda ağır qəza olub

Bütün xəbərlər
Dünən, 18:00

Sumqayıtda "düşən ulduzları" izləyə biləcəksiniz

Bütün xəbərlər
25 aprel 2026, 17:58

Piyada səkisi yoxsa piyada sınağı? - Sumqayıtdan ŞİKAYƏT

Bütün xəbərlər
25 aprel 2026, 16:54

Gələn həftə rayona getmək istəyən sumqayıtlıların nəzərinə

Bütün xəbərlər
25 aprel 2026, 15:58

Problemlərlə "yaşlanan" Sumqayıtda bir küçə…

Bütün xəbərlər
25 aprel 2026, 14:44

Sumqayıtda sakinləri qorxuya salan REAL TƏHLÜKƏ

İdman
25 aprel 2026, 13:58

Sumqayıtda gimnastlar qalibləri müəyyənləşdirir

Bütün xəbərlər
25 aprel 2026, 12:53

Sumqayıtın bulvar ərazisində maşınlar gediş-gəlişi "iflic edir"

İdman
25 aprel 2026, 11:37

"Sumqayıt" qələbəsini davam etdirə biləcək?

Bütün xəbərlər
25 aprel 2026, 10:37

Sumqayıt bulvarında aparılan tikinti ilə bağlı RƏSMİ CAVAB

Bütün xəbərlər
25 aprel 2026, 09:17

İstirahət günlərinin havası ilə bağlı XƏBƏRDARLIQ

Bütün xəbərlər
24 aprel 2026, 18:00

MİQ-də iştirak üçün ödənişin məbləği təsdiqləndi

Bütün xəbərlər
24 aprel 2026, 17:24

300 bal yığan sumqayıtlı: "Əsas məqamlardan biri düzgün vaxt bölgüsüdür"

Bütün xəbərlər
24 aprel 2026, 16:21

Sumqayıtda yaşayan ağdamlı ailə yurduna döndü

Bütün xəbərlər
24 aprel 2026, 15:47

Sumqayıtda havanı çirkləndirən obyektlər

Bütün xəbərlər
24 aprel 2026, 15:11

Həkimə gedən təhlükə ilə üz-üzə qalır - Sumqayıtda biabırçılıq

Bütün xəbərlər
24 aprel 2026, 14:24

Sumqayıtda hava necə olacaq?

Oxşar xəbərlər