Sumqayıt Ailə Sağlamlıq Mərkəzlərində maarifləndirmə tədbirlərinə start verilib. Bu haqda 21 aprel tarixində Sumqayıt24 Sumqayıt Tibb Mərkəzinə (STM) istinadən xəbər verir.
İmmunlaşdırma həftəsi öncəsi keçirilən tədbirlərdə şəhər Gigiyena və Epidemiologiya Mərkəzinin, yerli icra hakimiyyətinin nümayəndələri, eləcə də məktəb direktorları və bağça müdirləri iştirak edirlər.
İmmunlaşdırma kampaniyası peyvəndlərlə qarşısı alına bilən xəstəliklərdən uşaqların qorunmaq hüququ olması barədə əhalini məlumatlandırmaq, eyni zamanda peyvəndlə əhatəolunma səviyyəsini yüksəltmək məqsədi daşıyır.