top
İmtahanların martda keçirilməsi dərs prosesini pozur – Ekspertdən ETİRAZ
11 yanvar 2025, 04:36
- ↺ +

İmtahanların martda keçirilməsi dərs prosesini pozur – Ekspertdən ETİRAZ

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Ötən gün 2025-ci ildə keçiriləcək bəzi imtahanların qrafiki və qeydiyyat tarixləri elan olunub. Belə ki, bu il tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı iki zona olmaqla 2 və 9 mart tarixlərində keçiriləcək. İmtahandan 1 ay öncə zonalara aid olan şəhər və rayonlar haqqında məlumat paylaşılacaq.

Sumqayit24.az xəbər verir ki, təhsil eksperti Kamran Əsədov buraxılış imtahanlarının mart ayında keçirilməsi ilə bağlı sosial şəbəkə hesabında  paylaşım edib.

Ekspert bildirib ki, mart ayında keçirilən buraxılış imtahanlarından sonra 11-ci siniflərdə dərs prosesi tamamilə pozulur.

“Şagirdlər üçün buraxılış imtahanı ümumtəhsil mərhələsinin yekun qiymətləndirməsi kimi qəbul edilir və bu imtahandan sonra onların tədris prosesinə marağı kəskin şəkildə azalır. Əksər hallarda şagirdlər məktəbə yalnız formal şəkildə gəlir və dərslərdə iştirak etsələr belə, onların dərsə diqqəti və aktivliyi minimuma enir. Bu hal sinif rəhbərləri və fənn müəllimləri üçün də ciddi çətinliklər yaradır, çünki artıq tədris mühitində şagirdlərin öyrənmə marağını qorumaq mümkün olmur”, – o bildirib.

“Mart imtahanından sonra sinif rəhbərlərinin öhdəlikləri formal olaraq qüvvədə qalır. Şagirdlərin dərslərə davamiyyətinin təmin olunması, məktəbə gələnlərin inzibati qeydiyyatı və davranış məsələləri sinif rəhbərinin üzərində qalmağa davam edir. Lakin real vəziyyət ondan ibarətdir ki, şagirdlər dərs prosesindən kənarda qalır, bəzi hallarda isə ümumiyyətlə məktəbə gəlmir. Bu isə məktəblərin resurslarının və müəllimlərin vaxtının səmərəsiz istifadəsinə gətirib çıxarır.

Aprel, may və iyun aylarında 11-ci siniflərdə dərs mühiti pozulduğundan tədris proqramlarının icrası formal xarakter alır. Şagirdlərin motivasiyasızlığı və məktəbə gəlməməsi tədrisin keyfiyyətinə birbaşa təsir göstərir. Müəllimlər tədris proqramını bitirsələr belə, şagirdlərin öyrənmə nəticələrinin effektivliyinə nail olmaq mümkün olmur. Bundan əlavə, məktəbdə qalan azsaylı şagirdlər arasında intizam problemləri yaranır, çünki buraxılış imtahanını artıq verdiklərini və tədris ilinin faktiki olaraq başa çatdığını düşünən şagirdlər məktəb qaydalarına riayət etməkdə də passivlik göstərir.

Bu vəziyyət həm təhsil sisteminin məntiqinə, həm də resursların səmərəli istifadəsinə uyğun gəlmir. Mart ayında keçirilən buraxılış imtahanı şagirdlər üçün “yekun” kimi qəbul edildiyindən, onların sonrakı aylarda məktəbə gəlməsi tədris prosesinin formal davamından başqa bir şey deyil. Təhsil sisteminin bu problemi həll etməsi üçün ya buraxılış imtahanlarının tədris ilinin sonunda keçirilməsi, ya da mart ayında imtahan verdikdən sonra 11-ci sinif şagirdlərinin məktəbə gəlmə öhdəliyinin aradan qaldırılması kimi tədbirlər nəzərdən keçirilməlidir. Əks halda, mövcud praktika təhsil prosesində intizam və keyfiyyət problemlərini daha da dərinləşdirəcək”, – ekspert qeyd edib.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 41-ci günü: XRONİKA

İdman
Dünən, 17:40

"Sumqayıt"ın qapıçısı rəmzi komandada

Kriminal
Dünən, 16:59

Sumqayıtda apteki talayan keçmiş məhkum tutulub

Bütün xəbərlər
Dünən, 16:32

Prezident sumqayıtlı aparıcını təltif etdi

Bütün xəbərlər
Dünən, 16:19

Prezident bir qrup media nümayəndəsini təltif edib - SİYAHI

Bütün xəbərlər
Dünən, 15:47

Sumqayıtda hər 4 fərdi sahibkardan biri qadındır

Bütün xəbərlər
Dünən, 15:10

Sumqayıtda sabah hava yağışlı ola bilər

Bütün xəbərlər
Dünən, 14:48

Sumqayıtda körpünün altını çirkab sular basıb - AÇIQLAMA

Bütün xəbərlər
Dünən, 14:40

Sumqayıtda Zəfər Gününə özəl ağacəkmə aksiyası

Bütün xəbərlər
Dünən, 13:35

Xəzərdə yadplanetlilərin gizli bazaları var? - ABŞ arxivinə düşən 25 illik sirr

Bütün xəbərlər
Dünən, 13:00

Təhsil müəssisələrində Zəfər Günü ilə bağlı tədbirlər keçiriləcək

Bütün xəbərlər
Dünən, 12:30

Sumqayıtda təmizlik işçiləri maaşlarını ala bilmirlər?

Bütün xəbərlər
Dünən, 12:25

Sumqayıt Şəhidlər Xiyabanında rəsm sərgisi təşkil edilib

Bütün xəbərlər
Dünən, 11:50

Sumqayıtda avtobus dayanacağı qışa hazır deyil - ŞİKAYƏT

Bütün xəbərlər
Dünən, 11:47

Kuryerlər aylıq 15 manat sadələşdirilmiş vergi ödəyəcək

İdman
Dünən, 11:15

Klub rəhbərliyi etiraz etdi, komitə sədri isə qərarı təsdiqlədi

Bütün xəbərlər
Dünən, 10:41

Polad Həşimovun anasının son vəziyyəti açıqlandı - RƏSMİ

İdman
Dünən, 10:20

"Sumqayıt" səfər oyununa hazırlaşır

İdman
Dünən, 09:48

Sumqayıtda cüdo məşqçiləri üçün inkişaf proqramı keçirilir

Bütün xəbərlər
Dünən, 09:15

Sumqayıt məktəblilərinin uğuru - olimpiadada qızıl medal qazandılar

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin 40-cı gününün xronikası

Bütün xəbərlər
04 noyabr 2026, 19:00

Sumqayıtda külək güclənəcək

Bütün xəbərlər
04 noyabr 2026, 18:40

Sumqayıta sabah yağış yağa bilər

Bütün xəbərlər
04 noyabr 2026, 18:15

Sumqayıtda bu yoldan istifadə edənlərin NƏZƏRİNƏ

Oxşar xəbərlər