Ceyranbatan qəsəbə Uşaq İncəsənət Məktəbinin şagirdləri "Ümid 2023" adlı incəsənət müsabiqəsində iştirak ediblər. Bu barədə 9 yanvar tarixində Sumqayıt24 Regional Mədəniyyət İdarəsinə istinadən xəbər verir.
Azərbaycan Gənclər İttifaqı və Azərbaycan Rəqs Assosiasiyasının təşkilatçılığı ilə keçirilən müsabiqədə çıxış edən 2-ci sinif şagirdləri - Günel Pirmudova və Ülkər Pirmudova 3-cü yerə layiq görülüblər. Məktəblilər medal və diplomla təltif olunublar.
Nailiyyət qazanan şagirdləri müsabiqəyə müəllimləri Yeganə Həsənova hazırlayıb.