İnşaatçılar qəsəbəsində yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyi (FHN) Sumqayit24.az-ın sorğusuna cavab olaraq bildirib ki, hadisə Kamran Hüseynov küçəsində yerləşən ümumi sahəsi 300 kv.m olan birmərtəbəli kommunal tipli yaşayış binasında qeydə alınıb.
Əraziyə cəlb olunan FHN-in əməkdaşları tərəfindən alov qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində ümumi sahəsi 40kv.m olan ikiotaqlı mənzilin bir otağının tavanı, ev əşyaları və dam örtüyünün taxta atmaları 20kv.m sahədə yanıb.
Mənzilin qalan hissəsi və bitişik olan digər mənzillər yanğından mühafizə olunub.