İnsult səbəbindən reanimasiyaya yerləşdirilən tanınmış vəkil Əsabəli Mustafayevin nitqi bərpa olub.
Pravda.az-a səhhəti ilə bağlı açıqlama verən vəkil bildirib ki, hazırda müalicələri davam edir:
“Artıq sərbəst danışmağa başlamışam. Allahın izni ilə, yəqin, bir-iki aya ayağa qalxaram”.
Xatırlatadaq ki, avqust ayında tanınmış vəkil Əsabəli Mustafayevin səhhətində problemlər yaranıb. 2 nömrəli Sumqayıt şəhər Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilən vəkilə üçüncü dəfə insult diaqnozu qoyulub.