Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində “Nə? Harada? Nə zaman?” formatında intellektual yarış baş tutub. Bu barədə 6 yanvar tarixində Sumqayıt24 xəbər verir.
Oyun Gənclərin İnkişaf və Karyera Mərkəzinin Sumqayıt nümayəndəliyi və “Lider” hazırlıq kurslarının birgə əməkdaşlığı ilə həyata keçirilib. Yarışda ümumilikdə 7 komanda mübarizə aparıb. Sonda qalib komanda sertifikat və hədiyyələrlə təltif olunub. [modula id="29851"]