SDU-da İrəvan Müəllimlər Seminariyasının 140 illiyi ilə əlaqədar tədbir keçirilib. Sumqayıt24 bu barədə 5 dekabr tarixində təhsil ocağına istinadən xəbər verir.
Tədbiri universitetin prorektoru professor Ramazan Məmmədov açaraq qonaqları və iştirakçıları salamlayıb. O, seminariyanın təhsilin inkişafına, elmi, ədəbi və mədəni mühitin zənginləşməsinə verdiyi əvəzsiz töhfələrdən danışıb. Çıxış edənlər, eləcə də seminariyanın yaranma tarixindən bəhs ediblər. Qeyd edilib ki, seminariya Azərbaycan tarixində müstəsna rolu olan görkəmli şəxsiyyətlər yetişdirib və Azərbaycanın qərb bölgəsinin təhsilinin, mədəniyyətinin, pedaqoji fikrinin inkişafında mühüm rol oynayıb.