Sumqayıtda əmək yarmarkası keçiriləcək.
Sumqayit24.az xəbər verir ki, bu barədə Dövlət Məşğulluq Agentliyi məlumat yayıb.
Yarmarka noyabrın 7-də saat 10:00 – 13:00 arasında Abşeron-Xızı Regional Məşğulluq filialında təşkil olunacaq. Vakansiyalar, iş öhdəlikləri və şərtlər haqqında daha ətraflı məlumat tədbirdə iştirak edən şəxslərə təqdim olunacaq. Namizədlərin şəxsiyyət vəsiqələrini təqdim etmələri mütləqdir.
Ünvan: Z.Hacıyev küçəsi 64.
Qeyd edək ki, tədbir Abşeron-Xızı Regional Məşğulluq filialının təşkilatçılığı ilə reallaşacaq.