Sumqayıtda əmək yarmarkası keçiriləcək.
Sumqayıt24 Dövlət Məşğulluq Agentliyinə (DMA) istinadən xəbər verir ki, yarmarka sentyabrın 5-də saat 10:00-dan 13:00-dək "Azərboru" Açıq Səhmdar Cəmiyyətində təşkil olunacaq.
Burada iştirakçılara vakansiyalar, iş öhdəlikləri və şərtlər haqqında daha ətraflı məlumat veriləcək. Namizədlərin şəxsiyyət vəsiqələrini təqdim etmələri mütləqdir.