Sabah hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir.
Sumqayıt24 Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, sentyabrın 8-də Sumqayıtda mülayim şimal-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 18-23° isti, gündüz 27-31° isti olacaq.