Noyabrın 24-də gözlənilən hava şəraiti açıqlanıb.
Sumqayit24.az xəbər verir ki, bununla bağlı Milli Hidrometrologiya Xidməti məlumat yayıb.
Sabah Sumqayıtda hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.Lakin gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı, gündüz isə qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim cənub-şərq küləyi axşam şimal-qərb küləyi İlə əvəz olunacaq.
Havanın temperaturu gecə 10-13° isti, gündüz 14-17° isti olacaq.