Yanvarın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Sumqayit24.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Sabah Sumqayıtda gecə və səhər bəzi yerlərdə arabir yağıntılı olacağı ehtimalı var. Səhər bəzi ərazilərdə duman olacağı gözlənilir. Cənub-şərq küləyi gündüz mülayim cənub-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 3-6° isti, gündüz 7-11° isti olacaq.