Sumqayıtda sakinlərin narazılığına səbəb olan obyektin inşası bərpa edilib. Bu haqda 30 iyun tarixində Sumqayıt24 məlumat verir.
Tikili 1-ci və 2-ci mikrorayonların arasındakı istirahət guşəsində yerləşir. Ötən il sakinlərin çoxsaylı müraciətləri əsasında tikinti işləri dayandırılmışdı.
Hazırda ərazidə tikinti işləri yenidən bərpa edilib və obyektin 1-ci mərtəbəsinin inşası yekunlaşır.
[modula id="38536"]