Sumqayıtda itkin düşən yeniyetmə qız tapılıb. Sumqayıt24-ə bu haqda 28 iyul tarixində məlumat daxil olub.
Xəbər verdiyimiz kimi, 13 yaşlı Məryəm İsmayılova iki gün öncə, xalası onu müəllim yanına hazırlığa apardıqdan sonra yoxa çıxmışdı. Xoşbəxtlikdən o, dünən axşam tapılaraq ailəsinə təhvil verilib.