Bu gün Vətən müharibəsi şəhidi Elmar Nəsibovun doğum günüdür.
Elmar Nəsibov 19 sentyabr 1987-ci ildə Sumqayıt şəhərində müəllim ailəsində anadan olub. Məktəb illərində musiqi məktəbində qarmon ixtisası üzrə təhsil alıb. Eyni zamanda karate və taekvando ilə məşğul olub, müxtəlif nailiyyətlər əldə edib.
Azərbaycan Ordusunun giziri olan Elmar Nəsibov 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. O, oktyabrın 12-də Füzulidə şəhid olub.
Elmar Nəsibov ölümündən sonra Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda göstərdiyi xidmətlərə görə "Vətən uğrunda", "Döyüşdə fərqlənməyə görə", "Füzulinin azad olunmasına görə" medalları və 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.