Sumqayıtda sərnişinləri yarı yolda düşürən avtobus sürücüsü cəzalandırıldı.
Xəbər verdiyimiz kimi, Sumqayıt Dəmiryol Vağzalının qarşısından keçməli olan 7 nömrəli marşrut avtobusunun sürücüsü bu istiqamətdə hərəkət etmir və sərnişinləri yolun ortasında düşürürdü. Vətəndaşlar isə vağzala piyada getməyə məcbur qalırdılar.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Sumqayit24.az-a məsələ ilə bağlı açıqlama verilib. Bildirilib ki, 7 nömrəli marşrut Sumqayıt Dəmiryol Vağzalının qarşısına qədər hərəkət edir. Marşrut xəttində hər hansı dəyişiklik yoxdur:
"Avtobusun tərtib edilmiş sxem üzrə nizamlı fəaliyyətini pozan sürücü barədə isə daşıyıcı tərəfindən intizam tənbehi tədbiri görülüb".