top
Sumqayıtda məcburi köçkün ev sahibini döyüb qovdu - İDDİA
19 sentyabr 2026, 09:47
- ↺ +

Sumqayıtda məcburi köçkün ev sahibini döyüb qovdu - İDDİA

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Sumqayıt şəhərində evlə bağlı qalmaqal yaşanıb.

Mənzil sahibi Sahibə Comərdovanın sözlərinə görə, hadisə 1992-ci ildə, qardaşı Simran Comərdovun şəhid olduğu ağır günlərdə baş verib.

Ailənin başı qarışıq olduğundan bundan istifadə edən məcburi köçkün Şakir Əsədullayev ailəsi ilə birlikdə Ceyranbatan bağlarındakı evə daxil olub və həmin vaxtdan mənzildən çıxmayıb. Sahibə Comərdova deyir ki, aradan 34 ildən artıq vaxt keçməsinə baxmayaraq, mənzil hələ də qaytarılmayıb. Hətta məcburi köçkünün ev sahibini döyərək qovduğu iddia olunur.

Məsələ ilə bağlı məhkəməyə müraciət edən ev sahibinin xeyrinə qətnamə qəbul edilib. Həmçinin məcburi köçkün ailəsinin mənzildən çıxarılması ilə bağlı qərar verilib. Lakin iddiaya əsasən, məhkəmə qərarının icrası bu günədək baş tutmayıb. Hadisənin daha bir maraqlı tərəfi isə sonradan üzə çıxıb. Sahibə Comərdova yaxın vaxtlarda öz mənzilinə baş çəkərkən əmlakın başqa şəxslərin istifadəsində olduğunu görüb. Onun sözlərinə görə, araşdırma zamanı məlum olub ki, uzun illər həmin evdə yaşayan məcburi köçkün ailəsi mənzili sahibinə qaytarmaq əvəzinə, torpaq sahəsini bölərək başqa şəxsə, evi isə daha bir şəxsə satıb.

Qarşı tərəf olan məcburi köçkün ailəsi Əsədullayev ailəsi ilə əlaqə saxlamaq cəhdi isə alınmadı.

Bəs məhkəmə qərarı olduğu halda ev niyə sahibinə qaytarılmayıb?

Məsələ ilə bağlı Ədliyyə Nazirliyinin Sumqayıt şəhəri üzrə İcra İdarəsinin məmuru Samir Məmmədov açıqlamasında bildirib ki, vətəndaşın şikayəti araşdırılıb.Qarşı tərəfin qanunsuz şəkildə evi başqa şəxslərə satdığı məlum olub. Onun sözlərinə görə, bundan əlavə iş üzrə cavabdehlər tərəfindən kassasiya şikayəti verildiyi müəyyən olunub. Samir Məmmədov qeyd edib ki, Ali Məhkəmədə kassasiya şikayəti üzrə yekun qərar qəbul edildikdən sonra həmin qərarın nəticəsinə uyğun olaraq icra tədbirləri həyata keçiriləcək.

Beləliklə, 34 ildən artıqdır davam edən mübahisənin taleyi Ali Məhkəmənin verəcəyi qərardan sonra aydınlaşacaq. Mənzil sahibi isə illərdir ona məxsus olduğunu bildirdiyi evə qovuşacağı günü gözləyir. 

Mənbə: DenazTV

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 09:18

Sürücülərin "kabus"una çevrilən Sumqayıt yolları

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 42-ci günü – XRONİKA

Bütün xəbərlər
Dünən, 19:30

Sarayın bu küçəsini yağışlı havada keçmək müşkülə çevrilir…

Bütün xəbərlər
Dünən, 19:00

Sumqayıtda sakinləri narahat edən təhlükəli vəziyyət

İdman
Dünən, 18:00

"Sumqayıt"ın 18 yaşlı futbolçusu milliyə çağırıldı

Bütün xəbərlər
Dünən, 17:30

Kamran Əsədov və Gündüz Abbasova cəza istənilib

Bütün xəbərlər
Dünən, 17:00

Sumqayıtda tanınmış xanəndənin həyat yoldaşı həbs edildi - DETALLAR

İdman
Dünən, 16:30

"Sumqayıt" doğma meydana qayıdır? - AÇIQLAMA

Bütün xəbərlər
Dünən, 15:55

Sumqayıtda şənbə günü hava necə olacaq?

Bütün xəbərlər
Dünən, 15:25

Sumqayıt kolleci "Zəfər Günü"nü belə qeyd etdi

Bütün xəbərlər
Dünən, 15:19

Sumqayıtda şüşə emalına başlanılır - 70 yeni iş yeri yaradılacaq

Bütün xəbərlər
Dünən, 14:55

Sumqayıtın körpü və tunelləri yağışlı mövsümə nə dərəcədə hazırdır?

Bütün xəbərlər
Dünən, 14:40

"Şam işığında dərs keçirəm" - Saraydan ŞİKAYƏT

Bütün xəbərlər
Dünən, 14:17

Sumqayıtda 70 manata kirayə ev tapmaq olar? – ARAŞDIRMA

Bütün xəbərlər
Dünən, 13:50

Bu gün qısa iş günüdür? - RƏSMİ

Bütün xəbərlər
Dünən, 13:15

Bu tarixdə Yeri maqnit qasırğası bürüyəcək

Bütün xəbərlər
Dünən, 12:40

Sumqayıtda bayram günündə hərbi yürüş təşkil ediləcək

Bütün xəbərlər
Dünən, 12:05

Sumqayıtda tanınmış həkim vəzifəsindən ayrıldı

Bütün xəbərlər
Dünən, 11:30

Sumqayıt Musiqi Kollecində Zəfər Gününə ilə bağlı konsert keçirildi

Bütün xəbərlər
Dünən, 11:00

Sumqayıtda 3 avtobus marşrutu yenilənəcək - ÖZƏL

Bütün xəbərlər
Dünən, 10:23

İşləmək istəməyənlər də uçota alınacaq

İdman
Dünən, 09:15

Sumqayıt cüdoçusu beynəlxalq yarışda medal qazandı

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin 41-ci günü: XRONİKA

İdman
05 noyabr 2026, 17:40

"Sumqayıt"ın qapıçısı rəmzi komandada

Oxşar xəbərlər