Sumqayıtda azyaşlının avtobusla vurularaq ölməsi faktı ilə bağlı cinayət işi başlanılıb.
Məlumata görə, 1963-cü il təvəllüdlü Rüstəmov Loğman Abas oğlu idarə etdiyi "Isuzu HC 45" markalı avtobusla Yaşıldərə yaşayış massivində piyada, 2022-ci il təvəllüdlü Həsənli Turan İlqar oğlunu ehtiyatsızlıqdan vurub. Azyaşlı hadisə yerində ölüb.
Faktla bağlı Sumqayıt şəhər Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol istismar qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş ölümünə səbəb olma) maddəsi ilə cinayət işi başlanılıb.
Mənbə: Report.аz