top
19 sentyabrda şəhid olan sumqayıtlılar…
19 sentyabr 2026, 10:31
- ↺ +

19 sentyabrda şəhid olan sumqayıtlılar…

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

19 sentyabr 2023-cü ildə Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi lokal xarakterli hərbi tədbirlər 23 saat 43 dəqiqə davam edib. Bundan sonra tam atəşkəs haqqında razılaşma əldə olunub.

Sumqayit24.az xəbər verir ki, Ermənistan ordusu tam tərksilah edilərək ölkədən çıxarıldı, Qarabağda fəaliyyət göstərən qeyri-qanuni rejim ləğv edildi, Azərbaycanın dövlət suverenliyi təmin edildi və nəhayət, Xankəndi, Xocalı, Ağdərə, Xocavənd, Əsgəran kimi bölgələrimizdə də üçrəngli bayrağımız yüksəldi.

19 sentyabr hadisələri zamanı Sumqayıt şəhəri və Ceyranbatan qəsəbəsindən şəhid olan Azərbaycan Ordusunun hərbçilərinin adlarını təqdim edirik:

Ramil Şirinov 8 avqust 1987-ci ildə İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsində anadan olub. Orta təhsilini Sumqayıt şəhər 12 saylı məktəbdə alıb. Gəncə Texnologiya Universitetində ali təhsilə yiyələnib.

Daxili İşlər Nazirliyinin Çevik Polis Alayının polis serjantı olan Ramil 19 sentyabr hadisələri zamanı Xocavənd rayonunda şəhid olub.

Sumqayıt Şəhidlər Xiyabanında dəfn edilib. Ailəli idi. İki övladı yadigar qalıb.

Asim Camalzadə 5 fevral 1994-cü ildə Sumqayıt şəhərində anadan olub. Sumqayıt şəhər 16 saylı məktəbdə təhsil alıb.

Daxili İşlər Nazirliyinin Çevik Polis Alayının çavuşu olan Asim 19 sentyabr hadisələri zamanı Xocavənd rayonunda şəhid olub.

O, Sumqayıt Şəhidlər Xiyabanında torpağa tapşırılıb.

Zamin Abbasov 8 mart 1993-cü ildə Qubadlı rayonunda anadan olub. Atası Xəqani Abbasov I Qarabağ Müharibəsi veteranıdır. Orta təhsilini Sumqayıt şəhər 24 saylı məktəbdə alıb. Heydər Əliyev adına Azərbaycan Ali Hərbi məktəbində ali hərbi təhsilə yiyələnib.

Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı olan Zamin 19 sentyabr hadisələri zamanı Xocavənd rayonunda şəhid olub.

Sumqayıt Şəhidlər Xiyabanında dəfn edilib. Ailəli idi. Bir övladı yadigar qalıb.

Ramil Rəhimov 1 yanvar 1992-ci ildə Ceyranbatan qəsəbəsində anadan olub. Ceyranbatan qəsəbə 1 saylı məktəbi bitirib.

Azərbaycan Silahlı Qüvvələrinin giziri olan Ramil 19 sentyabr hadisələri zamanı Ağdərə rayonunda şəhid olub. II Şəhidlər Xiyabanında dəfn edilib. Ailəli idi. Bir övladı yadigar qalıb.

Cavid Mirzəyev 14 noyabr 1994-cü ildə Siyəzən rayonunun Gilçay qəsəbəsində anadan olub. Orta təhsilini Sumqayıt şəhəri 1 saylı məktəbdə alıb. Bakı Slavyan Universitetində ali təhsilə yiyələnib.

Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı olan Cavid 19 sentyabr hadisələri zamanı Xocavənd rayonunda şəhid olub. Sumqayıt Şəhidlər Xiyabanında dəfn edilib. Ailəli idi. Bir övladı yadigar qalıb.

 

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 09:18

Sürücülərin "kabus"una çevrilən Sumqayıt yolları

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 42-ci günü – XRONİKA

Bütün xəbərlər
Dünən, 19:30

Sarayın bu küçəsini yağışlı havada keçmək müşkülə çevrilir…

Bütün xəbərlər
Dünən, 19:00

Sumqayıtda sakinləri narahat edən təhlükəli vəziyyət

İdman
Dünən, 18:00

"Sumqayıt"ın 18 yaşlı futbolçusu milliyə çağırıldı

Bütün xəbərlər
Dünən, 17:30

Kamran Əsədov və Gündüz Abbasova cəza istənilib

Bütün xəbərlər
Dünən, 17:00

Sumqayıtda tanınmış xanəndənin həyat yoldaşı həbs edildi - DETALLAR

İdman
Dünən, 16:30

"Sumqayıt" doğma meydana qayıdır? - AÇIQLAMA

Bütün xəbərlər
Dünən, 15:55

Sumqayıtda şənbə günü hava necə olacaq?

Bütün xəbərlər
Dünən, 15:25

Sumqayıt kolleci "Zəfər Günü"nü belə qeyd etdi

Bütün xəbərlər
Dünən, 15:19

Sumqayıtda şüşə emalına başlanılır - 70 yeni iş yeri yaradılacaq

Bütün xəbərlər
Dünən, 14:55

Sumqayıtın körpü və tunelləri yağışlı mövsümə nə dərəcədə hazırdır?

Bütün xəbərlər
Dünən, 14:40

"Şam işığında dərs keçirəm" - Saraydan ŞİKAYƏT

Bütün xəbərlər
Dünən, 14:17

Sumqayıtda 70 manata kirayə ev tapmaq olar? – ARAŞDIRMA

Bütün xəbərlər
Dünən, 13:50

Bu gün qısa iş günüdür? - RƏSMİ

Bütün xəbərlər
Dünən, 13:15

Bu tarixdə Yeri maqnit qasırğası bürüyəcək

Bütün xəbərlər
Dünən, 12:40

Sumqayıtda bayram günündə hərbi yürüş təşkil ediləcək

Bütün xəbərlər
Dünən, 12:05

Sumqayıtda tanınmış həkim vəzifəsindən ayrıldı

Bütün xəbərlər
Dünən, 11:30

Sumqayıt Musiqi Kollecində Zəfər Gününə ilə bağlı konsert keçirildi

Bütün xəbərlər
Dünən, 11:00

Sumqayıtda 3 avtobus marşrutu yenilənəcək - ÖZƏL

Bütün xəbərlər
Dünən, 10:23

İşləmək istəməyənlər də uçota alınacaq

İdman
Dünən, 09:15

Sumqayıt cüdoçusu beynəlxalq yarışda medal qazandı

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin 41-ci günü: XRONİKA

İdman
05 noyabr 2026, 17:40

"Sumqayıt"ın qapıçısı rəmzi komandada

Oxşar xəbərlər