Evdən meyitləri tapılan iki dost dəm qazından boğulmayıb. Sumqayıt24 bu barədə 10 yanvar tarixində məlumat verir.
Xəbər verdiyimiz kimi, 5 gün öncə Bakının Nərimanov rayonundakı mənzildən itkin düşən iki dost - 19 yaşlı Kamran Allahverdiyev və Kənan Nəzərov da olmaqla 4 nəfərin hansı səbəbdən öldükləri hələ ki məlum deyil.
“Azəriqaz” İB ölən şəxslərin dəm qazından boğulub-boğulmadıqları barədə sözügedən mənzildə ilkin araşdırma aparıb. Qurumun şöbə rəisi İlkin Behbudov Bizim.Media-nın sorğusuna cavab olaraq bildirib ki, 4 nəfərin ölü tapıldığı mənzilin qaz sayğacı bloklu vəziyyətdə olub. Ona görə onların dəm qazından boğulma ehtimalı aşağı səviyyədədir.