Sumqayıtda şəhidin dəfn mərasimi olacaq.
Sumqayıt24 xəbər verir ki, I Qarabağ müharibəsində itkin düşmüş daha bir qrup hərbçinin meyit qalıqları əsasında şəxsiyyəti müəyyən edilib. Onların arasında Səfəralı Səfərovun da adı var.
Məlumata əsasən, şəhidimizin qalıqları Sumqayıt şəhəri Şəhidlər xiyabanında torpağa tapşırılacaq. Dəfn mərasimi 20 sentyabr saat 13:00-da baş tutacaq.