top
Kibertəhlükəsizlik Mərkəzinin V dalğası üzrə infosessiya keçirilib
12 oktyabr 2024, 02:35
- ↺ +

Kibertəhlükəsizlik Mərkəzinin V dalğası üzrə infosessiya keçirilib

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi (AKM) təlimlərinin yeni V dalğası üçün qeydiyyat başlayır.

Sumqayit24.az xəbər verir ki, Sumqayıt Dövlət Universitetində (SDU) AKM –in infosessiyası keçirilib. Elm və innovasiyalar üzrə prorektor dosent Elşad Abdullayev təlimin vacibliyindən danışıb, yaşadığımız informasiya texnologiyaları əsrinin ən böyük problemlərindən birinin kiber təhdidlər olduğunu vurğulayıb.

Onun sözlərinə görə, ölkəmizdə bu sahədə ciddi tədbirlər aparılır. Bu kimi kiberhücumlardan qorunmaq üçün belə təlimlərin keçirilməsi xüsusi əhəmiyyət kəsb edir.

Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin icma meneceri Leyla Kərimli çıxış edərək mərkəz haqqında məlumat verib. Mərkəzin həyata keçirdiyi layihələrin vacibliyini qeyd edərək, tələbələri aktiv olmağa və AKM-ə qoşulmağa çağırıb.

Daha sonra AKM-nin mütəxəssisi Fərzəli Vəliyev təmsil etdiyi mərkəzin fəaliyyəti və mərkəz tərəfindən təşkil olunan sözügedən təlimlərin mahiyyəti və seçim prosesi haqqında təqdimatla çıxış edib. Bildirilib ki, Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi 2023-cü ildə təsis edilib. Xarici təlimçilər komandası tərəfindən Technion universitetinin təlim proqramına əsasən keçirilən təlimlərdə nəzəri və praktiki biliklər paralel olaraq tədris edilir. Təlimlər 6 ay müddətinə qədər davam edir. Hər təlim periodu üçün 60 nəfər mütəxəssisin hazırlanması nəzərdə tutulur. Təlimlərdə 2 növ mütəxəssis hazırlanır: Red Team və Blue Team. Təlimi uğurla bitirənlərə Technion universitetinin rəsmi sertifikatı veriləcək.

Təqdimatda mövcud kibertəhdidlər haqqında geniş məlumat verilib. Təlimçi həmçinin “Purple team” təlimlərinə start verildiyini diqqətə çatdırıb.

Qeyd olunub ki, təlimlərin məqsədi ölkədəki kibertəhlükəsizlik kadrlarının ən yüksək səviyyədə bilik və bacarıqlarını formalaşdırmaqdır. Tədbirin sonunda tələbələr fəallıq nümayiş etdirərək mövzu ilə bağlı AKM-in nümayəndələrinə çoxsaylı suallar veriblər.

Son xəbərlər

İdman
Bu gün, 09:15

Sumqayıt cüdoçusu beynəlxalq yarışda medal qazandı

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 41-ci günü: XRONİKA

İdman
Dünən, 17:40

"Sumqayıt"ın qapıçısı rəmzi komandada

Kriminal
Dünən, 16:59

Sumqayıtda apteki talayan keçmiş məhkum tutulub

Bütün xəbərlər
Dünən, 16:32

Prezident sumqayıtlı aparıcını təltif etdi

Bütün xəbərlər
Dünən, 16:19

Prezident bir qrup media nümayəndəsini təltif edib - SİYAHI

Bütün xəbərlər
Dünən, 15:47

Sumqayıtda hər 4 fərdi sahibkardan biri qadındır

Bütün xəbərlər
Dünən, 15:10

Sumqayıtda sabah hava yağışlı ola bilər

Bütün xəbərlər
Dünən, 14:48

Sumqayıtda körpünün altını çirkab sular basıb - AÇIQLAMA

Bütün xəbərlər
Dünən, 14:40

Sumqayıtda Zəfər Gününə özəl ağacəkmə aksiyası

Bütün xəbərlər
Dünən, 13:35

Xəzərdə yadplanetlilərin gizli bazaları var? - ABŞ arxivinə düşən 25 illik sirr

Bütün xəbərlər
Dünən, 13:00

Təhsil müəssisələrində Zəfər Günü ilə bağlı tədbirlər keçiriləcək

Bütün xəbərlər
Dünən, 12:30

Sumqayıtda təmizlik işçiləri maaşlarını ala bilmirlər?

Bütün xəbərlər
Dünən, 12:25

Sumqayıt Şəhidlər Xiyabanında rəsm sərgisi təşkil edilib

Bütün xəbərlər
Dünən, 11:50

Sumqayıtda avtobus dayanacağı qışa hazır deyil - ŞİKAYƏT

Bütün xəbərlər
Dünən, 11:47

Kuryerlər aylıq 15 manat sadələşdirilmiş vergi ödəyəcək

İdman
Dünən, 11:15

Klub rəhbərliyi etiraz etdi, komitə sədri isə qərarı təsdiqlədi

Bütün xəbərlər
Dünən, 10:41

Polad Həşimovun anasının son vəziyyəti açıqlandı - RƏSMİ

İdman
Dünən, 10:20

"Sumqayıt" səfər oyununa hazırlaşır

İdman
Dünən, 09:48

Sumqayıtda cüdo məşqçiləri üçün inkişaf proqramı keçirilir

Bütün xəbərlər
Dünən, 09:15

Sumqayıt məktəblilərinin uğuru - olimpiadada qızıl medal qazandılar

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin 40-cı gününün xronikası

Bütün xəbərlər
04 noyabr 2026, 19:00

Sumqayıtda külək güclənəcək

Bütün xəbərlər
04 noyabr 2026, 18:40

Sumqayıta sabah yağış yağa bilər

Oxşar xəbərlər