Ötən il Azərbaycanda doğulan oğlan uşaqlarının gözlənilən ömür müddəti 73,5 il, qız uşaqlarının isə 78,4 il müəyyən edilib.
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2022-ci ildə doğulanlarla müqayisədə kişilərin ömürlərində qısalma olsa da, qadınlarda bu rəqəm eyni qalıb.
Belə ki, həmin ildə dünyaya gələn oğlan uşaqları üçün gözlənilən ömür uzunluğu isə 73,6 il olub.