Vətən müharibəsi şəhidi Vüqar Məmmədovun ailəsi ziyarət edilib. Bu barədə Sumqayıt Regional Mədəniyyət İdarəsinə istinadən xəbər veririk.
M.Ə. Sabir adına Kitabxana filialı, Mərkəzi Kitabxanın Dövri Mətbuat şöbəsi və İncəsənət şöbəsinin əməkdaşları ailənin qayğıları ilə maraqlanıblar.
Qeyd edək ki, Vüqar Məmmədov 9 yanvar 1994-cü ildə Sumqayıt şəhərində anadan olub. O, 2020-ci il oktyabrın 8-dən 9-na keçən gecə Füzuli şəhər mərkəzinin, Əhmədbəyli kəndinin düşməndən azad edilməsi zamanı başından snayper gülləsi alaraq şəhadətə ucalıb. Ölümündən sonra “Füzulinin azad olunmasına görə” medalı ilə təltif olunub.