Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Sumqayıtda vətəndaş qəbulu keçirəcək.
Sumqayit24.az xəbər verir ki, qəbul dekabrın 26-da saat 11:00-da Heydər Əliyev Mərkəzində baş tutacaq. Sədr Sumqayıt şəhəri, Abşeron, Xızı, Zəngilan və Qubadlı rayonlarından olan vətəndaşlarla görüşəcək.
Qəbula gəlmək istəyən vətəndaşlar Dövlət Komitəsinin Abşeron-Xızı regional bölməsinə (əlaqə vasitələri: (018) 654 00 40, (070) 275 88 33, [email protected], [email protected]) müraciət edə bilərlər.