ASAN Könüllüləri Hərbi Qənimətlər Parkına ekskursiya ediblər. Sumqayıt24 bu barədə 9 noyabr tarixində “ASAN Könüllüləri” səhifəsinə istinadən xəbər verir.
Açıq səma altında muzey kimi fəaliyyət göstərən parkı 1 və 2 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzlərinin könüllüləri ziyarət ediblər. Gənclər qənimət kimi götürülmüş 2 mindən çox avtomobilin nömrə nişanları, müharibə cinayətləri, o cümlədən döyüş bölgəsindən uzaq olan ərazilərin raket zərbələrinə məruz qalması, dinc sakinlərin qətlə yetirilməsi və yaralanması barədə faktlar, Azərbaycan ərazisinə atılmış “İsgəndər-M” raketinin qalıqlarına baxış keçiriblər.