Sumqayıtda “Yolumuz Qarabağa” adlı konsert təşkil olunub. Bu barədə 8 noyabr tarixində Sumqayıt24 xəbər verir.
2 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzinin könüllülərinin təşəbbüsü ilə 8 Noyabr – Zəfər Günü münasibətilə keçirilən tədbirdə gənclər musiqi ifa edib, şeir söyləyib və rəqs ediblər.